Rövşən Məmmədovdan, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə mühüm günlərdən biri də oktyabrın 15-nə təsadüf edir. Bu səbəbdən Sizi Salyan Suvarma Sistemləri İdarəsinin kollektivi adından Prezident seçilməyinizin 20 illiyi münasibətilə təbrik edirik. 2003-cü ilin oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Azərbaycana Prezident kimi rəhbərlik etdiyiniz son 20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.
“Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələrin yerinə yetirilməsinə imkan verəcəkdir”. Bu fikirlər dövlət başçımızın uzaqgörənliyindən, praqmatik düşüncə sahibi olmasından xəbər verir. 20 il əvvəl səsləndirilmiş bu qətiyyətli fikirlər artıq reallığa çevrilib. Bəlkə də o zaman çoxları, o cümlədən mənfur qonşumuz - işğalçı Ermənistan, erməni lobbisi, həmçinin təcavüzkarın havadarları bu fikirləri istehza ilə qarşılaşmışdılar. Axı, o vaxt Ermənistanın havadarları bütün vasitələrlə ölkəmizə qarşı təzyiqlər edir, ərazilərimizin düşmən tərəfindən işğalına köməklik göstərirdilər. Ancaq unudurdular ki, bu işğal əbədi ola bilməz və Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Son 20 il - qalibin məğlub üzərində qələbəsinin lideri Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı necə mahir diplomat və sərkərdə qabiliyyətini ortaya qoydu. 30 ilə yaxın müddətdə həll olunmayan qondarma "Dağlıq Qarabağ" probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə “Qələbə İli” kimi yazıldı. "Qarabağ Azərbaycandır və QƏLƏBƏ NİDA"sını qoyan və bununla da tariximizin ən parlaq səhifəsini yazmaqla bir daha sübut etdiniz ki, bu, Sizin diplomatik və qətiyyətli siyasətinizin, güclü ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qələbəsidir, haqqın qələbəsidir.
Cənab Prezident, Siz mütəmadi olaraq Azərbaycanın bütün regionlarında səfərlərdə olursunuz, görülən işlərlə, inkişaf prosesləri ilə yerində şəxsən tanış olursunuz, tövsiyə və tapşırıqlarınızı verirsiniz. O cümlədən dəfələrlə Salyan rayonunda səfərdə olmusunuz. Salyan rayonunda abadlıq və quruculuq işlərinin ölkənin ümumi inkişaf dinamikasına uyğun aparılmasına dair tapşırıqlar vermisiniz. Salyan bu gün qabaqcıl rayonlar içərisində birincilər sırasındadır. Bu da Sizin diqqət və qayğınızın nəticəsidir. Görülən bütün işlər Sizin uğurlu və qətiyyətli siyasətinizin nəticəsidir. Biz inanırıq ki, hələ bundan sonra Siz daha böyük uğurlara imza atacaqsınız.
Hörmətlə,
Məmmədov Rövşən.
Salyan Suvarma Sistemləri idarəsinin kollektivi.
Azərbaycan Respublikası, Salyan rayonu.