21 oktyabr 2023, 13:40
Xuraman Şabanovadan, Zaqatala, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizi prezidentlik fəaliyyətinizin 20 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Siz dövlət başçısı kimi fəaliyyətinizin 20 ilinin tamam olduğu gün xalqımıza böyük sevinc və iftixar hissi yaşatdınız. Uğurlu antiterror tədbirləri nəticəsində mənfur erməni separatçılarını məhv etdiyiniz torpaqlarımızda Azərbaycanın Dövlət Bayrağını ucaltdınız. Sizə minnətdarıq. Qoy Vətən torpağına möhkəm basan addımlarınız, düşmənin gözünə sərt baxan baxışlarınız, dünyanı heyran qoyan iradəniz, Vətənə olan böyük sevginiz heç vaxt tükənməsin, cənab Prezident!
Ulu Tanrıdan Sizə daim möhkəm cansağlığı arzulayıram.
Hörmətlə,
Zaqatala ziyalıları adından Şabanova Xuraman.
Azərbaycan Respublikası, Zaqatala rayonu, Kəpənəkçi kəndi.