Elçin İmanovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Bu gün hər bir Azərbaycan vətəndaşı, xaricdə yaşayan və qəlbi Vətən eşqi ilə döyünən soydaşlarımız Sizin bəxş etdiyiniz qələbə sevincini yaşayırlar. Sizin uzaqgörən siyasətiniz, diplomatik səriştəniz, ordumuzun rəşadəti və xalqımızın nümayiş etdirdiyi sarsılmaz birlik bizi uzun illərdən bəri gözlədiyimiz parlaq zəfərə qovuşdurdu. İndi bir xalq olaraq başımız dik, alnımız açıqdır. Ölkəmizin suverenliyi tam təmin olunub, Bayrağımız Vətənimizin hər bir nöqtəsində qürurla dalğalanır. Həm çox sevinirik, həm də fərəhlənirik.
Cənab Prezident, əlbəttə ki, bütün bu uğurlar, Azərbaycanın sürətli inkişafı, beynəlxalq miqyasda nüfuzu artaraq söz sahibinə çevrilməsi Sizin ölkəmizə rəhbərlik etdiyiniz 20 il ərzində göstərdiyiniz yorulmaz səylərin nəticələridir. Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Hörmətlə,
İmanov Elçin Fərrux oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.