21 oktyabr 2023, 13:58

Ortakənd kənd sakinlərindən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Əvvəlcə Sizi prezidentliyinizin 20 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirik. Nə yaxşı ki, Sizin kimi xalqının, millətinin qədrini bilən Prezidentimiz var və Sizin rəhbərliyiniz altında yaşamaq da, işləmək də gözəldir.

Siz bizə 30 ildən artıq ayrı düşdüyümüz doğma yurd-yuvamızı geri qaytardınız, işğaldan azad edilmiş ərazilərimizdə şanlı Azərbaycan Bayrağını dalğalandırdınız, ermənilərə öz yerlərini göstərdiniz. Bəli, Azərbaycan Bayrağı altında yaşamaq istəyənlər qala bilər. Artıq “Dağlıq Qarabağ” adlı yer yoxdur. Qarabağ var o da Azərbaycandır!

Cənab Prezident, bizə bəxş etdiyiniz tarixi Zəfərə görə Sizə minnətdarıq.

Ulu Tanrı Sizi və xalqımızı qorusun!

Kənd sakinləri adından hörmətlə:

İldırım Qorxmaz,

Umudvar Aslanov,

Zahid Köçəriyev,

Elçin Aslanov,

Elçin Rüstəmov,

Azərbaycan Respublikası, Tərtər rayonu, Ortakənd kəndi.