Qızılağac kəndinin sakinlərindən, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin iyirmi illik fəaliyyətinizin tarixi uğurları danılmaz faktlarla çox zəngin olmuşdur. Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyiniz möhtəşəm işlərlə xalqımızın dərin hörmət və məhəbbətini qazanmısınız. Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz qələbələr əldə edilmiş və Azərbaycanın zəngin iqtisadı, siyasi və hərbi potensialı yaranmışdır. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və Sizin tərəfinizdən inamla davam etdirilən uzaqgörən daxili və xarici siyasət xətti dayanmışdır.
Sizin Prezidentlik dövrünüzdə hərbi quruculuq siyasəti nəticəsində müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələr yaradılmışdır. Qarabağı və Şərqi Zəngəzuru heç vaxt görməyən, ancaq doğma torpaq uğrunda canından keçməyə hazır olan gənc nəsil yetişdirilmişdir.
Müzəffər Ali Baş Komandan kimi yüksək sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti, yüksək hərbi texniki və mənəvi psixoloji hazırlığı 44 günlük Vətən müharibəsində tarixi Qələbəni təmin etmişdir. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları azad edilmiş və Ulu Öndər Heydər Əliyev tərəfindən başladılmış tarixi missiya layiqincə sona çatdırılmışdır. Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün Sizin rəhbərliyinizlə bu ilin sentyabr ayının 19-20-də Qarabağda keçirilən lokal antiterror tədbirləri hərb tariximizə yeni şanlı səhifə yazmışdır.
Bu gün biz qürurla söyləyirik ki, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycanın suverenliyi bütün ərazimizdə bərpa edilmişdir.
Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Məcidov C.
Həsənova A.
Həsənov Q.
Əliyeva N.
Şahverdiyev N. və başqaları (115 nəfər).
Azərbaycan Respublikası, Salyan rayonu, Qızılağac kəndi.