21 oktyabr 2023, 12:10
Sevda Rəhimovadan, Zaqatala, Azərbaycan
Hörmətli cənab Prezident!
Siz torpaqlarımızı işğaldan azad etməklə ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan, Azərbaycanı qalib ölkəyə, xalqımızı qalib xalqa çevirən qətiyyətli, müdrik Lidersiniz. Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə təbrik edirəm. Ötən 20 il ərzində Siz gərgin əmək sərf edərək Vətən, xalq üçün çox böyük işlər görmüsünüz. Bugünkü inkişafımız, firavanlığımız, yaşadığımız qələbə sevinci Sizin uzaqgörən siyasətinizin nəticələridir.
Sizə minnətdarlığımı bildirir, ölkəmizin daha parlaq gələcəyi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Rəhimova Sevda
Azərbaycan Respublikası, Zaqatala rayonu, Aşağı Tala kəndi.