21 oktyabr 2023, 10:48

Almaz Abdurahmanova və Mirvari Qurbanovadan, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi prezident seçilməyinizin 20 illiyi münasibətilə təbrik edir, 44 günlük müharibədə qazandığınız Zəfərə görə minnətdarlığımızı bildirir, 23 saatlıq antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpasına görə qürur hissi keçiririk.

İnkişaf etmiş Azərbaycanın uğurları Sizin adınızla bağlıdır. Siz “dəmir” yumruğunuzla tarix yazdınız, qısa zaman ərzində güclü iqtisadiyyat yaratmaqla bir çox ölkələrə nümunə oldunuz. Sizin sayənizdə Azərbaycan dünya ölkələri arasında xüsusi nüfuza malikdir.

Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Allah Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Abdurahmanova Almaz,

Qurbanova Mirvari.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Aşağı Tala kəndi.