20 oktyabr 2023, 12:30

Nəzakət Məmmədovadan, Bakı, Azərbaycan

Hörmətli Prezident!

Hörmətli Ali Baş Komandan!

2003-cü ilin oktyabrından inkişafımızın təməl daşı hesab olunan dövlətçiliyə xüsusi önəm verir, imzaladığınız fərman və sərəncamlarla bu prosesin məzmun və ideyasını beynəlxalq təcrübə və meyllərə əsasən xarakterizə edirsiniz. Ölkəmizdəki hazırkı sabitlik dövlət idarəçiliyi sisteminin başlıca vəzifələri, məqsədi, əsas istiqamətləri və hədəfləridir. Bu strategiya xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Bu gün də Azərbaycan Prezidenti kimi ölkəmizin davamlı inkişafı üçün əlinizdən gələni edir, məqsədəuyğun siyasi meyllər aşılayırsınız.

Rəhbərliyinizlə sürətlə inkişaf edən Azərbaycanda tolerantlıq və multikultural dəyərlər yüksək səviyyədədir. Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş düzgün siyasət bu gün bütün sahələrdə özünü aydın göstərir. Apardığınız xarici siyasətin təməlində sülh və əmin-amanlıq dayanır. Bu da xalqın dövlətçilik düşüncələrinin, yaşayış tərzinin vəhdət təşkil etməsində həlledici rol oynayır.

20 ildir Azərbaycanın ərazi bütövlüyü bir Prezident kimi Sizi narahat edən əsas istiqamət idi və Siz fövqəl siyasi iradənizlə bu baza üzərində tarixi əsaslar qurdunuz, işğal altındakı torpaqlarımızı geri aldınız. Bu gün artıq Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Cəbrayılda, Zəngilanda, Füzulidə, külli-Qarabağda – Xocavənddə, Xankəndidə, Xocalıda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bu ərazilər üçün yeni planlar, perspektivlər hazırlayırsınız.

Azərbaycana rəhbərlik etdiyiniz 20 il ərzində ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunub, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirilib. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənib, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.

Lokal xarakterli antiterror tədbirləri zamanı Müzəffər Ordumuzun Qarabağda qazandığı tarixi Qələbə Azərbaycanın haqq səsidir. Bu missiya məhz Sizin çiyinlərinizdə təzahür edən dövlət məsuliyyəti idi, Siz bu uğura imza ataraq Qalib Sərkərdə adına layiq görüldünüz.

Sizi - Azərbaycanın qüdrətli Sərkərdəsini, ölkənin Qalib Prezidentini hakimiyyətdə olmağınızın 20 illiyi və Qarabağda qazandığınız tarixi Zəfər münasibətilə təbrik edir, cansağlığı, Vətənimiz və xalqımızın daha parlaq gələcəyi naminə uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədova Nəzakət,

Respublika Xatirə Kitabı Redaksiyasının Baş redaktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.