20 oktyabr 2023, 14:55

Günel Qiyasovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Son 20 ildə ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur. Bütün bunlar Sizin yorulmaz fəaliyyətiniz və misilsiz xidmətləriniz sayəsində mümkün olmuşdur. Xalqımız bunları unutmur və heç vaxt unutmayacaq.

Cənab Prezident, Sizi həm Prezident seçilməyinizin 20 illiyi, həm də Azərbaycanımızın doğma Qarabağına - ərazi bütövlüyünə qovuşması münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Allah Sizi qorusun, dövlətimizin, millətimizin başının üstündən əskik etməsin! Sizinlə fəxr edirik, qürur duyuruq.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Qiyasova Günel.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.