20 oktyabr 2023, 13:36
Amin Yunusovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Şanlı tarix olan prezidentlik fəaliyyətinizin 20 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Sizin bütün çıxışlarınız qəlbimizdən xəbər verir, Xankəndi şəhərinin mərkəzi meydanındakı çıxışınız isə bizi sevinc göz yaşlarına boğdu.
Üzünüzdəki məğrur təbəssüm daimi olsun. Mənfur düşmənlərimiz üçün kabusa çevrilən “dəmir yumruq” var olsun!
Bizə bu sevincli günləri yaşatdığınız üçün Sizə minnətdarıq.
Hörmətlə,
Yunusov Amin Azərxan oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.