Vasif Əliyevdən, Neftçala, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Çox qürurvericidir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişaf strategiyası, Sizin qətiyyətli iradəniz, müdrik siyasətiniz sayəsində ölkəmiz möhtəşəm uğurlara imza atmış, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmuş, ölkəmiz regionda və dünyada söz sahibinə çevrilmişdir.
Cənab Prezident, qazandığımız şanlı Qələbə bölgədə yeni reallıqlar yaratdı. Bütün bunlar Sizin gərgin fəaliyyətiniz, xalqımızın birliyi və Vətənimizin qəhrəman övladlarının şücaəti sayəsində mümkün oldu. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.
Hər bir vətəndaşın, bütün xalqımızın Prezidenti və sevimlisi kimi bir daha Sizi təbrik edirəm.
Ulu Tanrı Sizə yar olsun!
Hörmətlə,
Əliyev Vasif.
Azərbaycan Respublikası, Neftçala rayonu.