19 oktyabr 2023, 17:07

Sərxan Məhərrəmovdan, Goranboy, Azərbaycan

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin edilməsi münasibətilə təbrik edirəm.

Azərbaycan xalqı qürur hissi keçirir ki, Sizin kimi müdrik, Vətənini sevən Prezidenti, Müzəffər Ali Baş Komandanı var. Bu, heç də hər xalqa nəsib olmayan xoşbəxtlikdir. Siz siyasi iradə ortaya qoyaraq Qarabağ kimi böyük bir problemi həll etdiniz. İşğaldan azad edilmiş torpaqlarımıza hər səfərinizi, orada həyata keçirilən möhtəşəm yenidənqurma işlərini qürurla izləyirik.

Sizə minnətdarıq, əziz Prezident!

Hörmətlə,

Məhərrəmov Sərxan.

Azərbaycan Respublikası, Goranboy rayonu, Səfikürd kəndi.