19 oktyabr 2023, 12:55
Fərahim Qulubəyovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Prezident seçilməyinizin 20 illiyi münasibətilə Sizi ürəkdən təbrik edir, cansağlığı və uzun ömür arzulayıram. Sizin rəhbərliyinizlə ölkəmiz son 20 ildə böyük inkişaf yolu keçib.
Cənab Prezident, yazdığınız şərəfli tariximizə şahid vətəndaş olmağımla iftixar hiss keçirirəm. Ulu Öndərin nəsihəti, Ali Baş Komandan qətiyyəti, xalqımızın dəyanəti, ordumuzun qüdrəti sayəsində bütövləşən torpaqlarımızda dalğalanan bayrağımızla qürur duyuram.
Bütövləşən Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Ulu Tanrı Sizi və ölkəmizi qorusun!
Hörmətlə,
Qulubəyov Fərahim.
Azərbaycan Respublikası, Bakı şəhəri.