19 oktyabr 2023, 10:12

Sevda Dadaşovadan, Stokholm, İsveç

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizin rəhbərliyinizlə Azərbaycan ötən 20 il ərzində böyük inkişaf və tərəqqi yolu keçmiş, dünya birliyində öz layiqli yerini tutmuşdur. Ölkə həyatının bütün sahələrində mühüm uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilmişdir.

Cənab Prezident, Vətəndən uzaq olsaq da biz hər zaman Sizin yanınızdayıq, siyasətinizi dəstəkləyirik. Sizin diqqət və qayğınızı daim üzərində hiss edən Azərbaycan diasporu əzmkarlığını artıracaq.

Sizə Vətən, xalq naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirik.

Hörmətlə,

Dadaşova Sevda

İsveç Krallığı, Stokholm şəhəri.