Rəxşəndə Bayramovadan, Quba, Azərbaycan
Möhtərəm cənab Prezident.
1918-ci il erməni vandalizminin əyani sübutu olan Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin 2013-cü il sentyabrın 18-də Sizin tərəfinizdən açılışı həyata keçirilmişdir. Çıxışınız zamanı “Soyqırım Memorial Kompleksi”nin yaradılmasının tarixi məna daşıdığını, ilk dəfə olaraq Azərbaycanda belə bir memorial kompleksin yaradıldığını və bu yaddaşın daim bizim qəlbimizdə yaşayacağını vurğuladınız. İdeoloji mərkəz olaraq Kompleksdə hər gün yüzlərlə ziyarətçiyə Azərbaycan həqiqətləri barədə dolğun məlumatlar təqdim olunur. Kompleksi fəaliyyətə başladığı gündən 200 minə yaxın xarici vətəndaş olmaqla, 1 milyondan çox insan ziyarət etmişdir.
Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətləri olan Ali Baş Komandan, Sizin 20 illik rəhbərlik dövrünüzdə xalqa verdiyiniz bütün vədlər uğurla yerinə yetirilib. Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də antiterror tədbirləri zamanı Müzəffər Ali Baş Komandanın “dəmir yumruq” siyasətini ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. Uğurlu siyasətiniz nəticəsində 200 illik erməni xülyası məhv edildi.
Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20-ci ildönümü günündə Azərbaycanın qədim şəhərləri – Xocalı, Xankəndi və Ağdərədə Azərbaycan Bayrağını dalğalandırmağınız xalqımızda qürur və fəxarət hissi yaratdı. Bu qələbəni bizə yaşatdığınız üçün Sizə təşəkkürümüzü bildiririk.
Kollektiv adından hörmətlə,
Rəxşəndə Bayramova,
Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin direktoru
Azərbaycan Respublikası, Quba şəhəri.