Mahirə Abdullayevadan, Yevlax, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı arzu edirəm. Hər zaman diqqət və qayğınızı hiss etmişik.
Xalqımızı dünyaya Qalib xalq kimi tanıdan qəhrəman Sərkərdə, yenilməz Lider, Sizinlə qürur duyuruq. Qazanılan Qələbə milli yaddaşımıza qızıl hərflərlə həkk olunaraq, doğma yurdumuzun qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tariximizə yazıldı.
Cənab Prezident, Qarabağımızın hər bir guşəsində ucaltdığınız Şanlı bayrağımız hər bir kəsi qürurlandırır. Bir neçə gün öncə Xankəndidə xalqımıza etdiyiniz müraciət məndə fəxarət hissi yaratdı.
Ulu Tanrı Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Abdullayeva Mahirə, müəllim.
Yevlax şəhər 5 saylı tam orta məktəb.
Azərbaycan Respublikası, Yevlax şəhəri.