Yalçın Abdullazadədən, Salyan, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizi – müstəqil Azərbaycanımızı firavan gələcəyə, böyük nailiyyətlərə doğru aparan, hər bir azərbaycanlının Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən əziz dövlət başçımızı ilk dəfə Prezident seçildiyi gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Yenilməz Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyev!
Qırx dörd günlük Vətən müharibəsində "dəmir yumruq” sayəsində düşmən üzərində qazanılan inamlı Qələbə xalqımıza bir daha məğrurluq hissini yaşatdı. Mən çox xoşbəxtəm ki, bir Azərbaycan vətəndaşı kimi bu döyüşdə iştirak etmək mənə qismət oldu. Mən Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə iştirak etdim və Sizin uzaqgörən siyasətiniz, yorulmaz fəaliyyətiniz və qətiyyətli mövqeyiniz sayəsində biz bu döyüşdə qalib gəldik.
Cənab Prezident, ölkəmizin tərəqqisinə, inkişafına layiqli töhfələr verdiyiniz üçün, xalqımıza və dövlətimizə yorulmadan xidmət etdiyiniz üçün Sizə hər zaman minnətdaram.
Hörmətlə,
Abdullazadə Yalçın Miryahya oğlu,
Vətən müharibəsi iştirakçısı.
Azərbaycan Respublikası, Salyan rayonu, Seyidsadıqlı kəndi.