17 oktyabr 2023, 17:30

Günay Əbilovadan, Salyan, Azərbaycan

Cənab Prezident!

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20-ci ildönümü və ölkəmizin suverenliyinin tam bərpa olunması münasibətilə təbrik edirəm. İllərlə həsrətini çəkdiyimiz torpaqlarımızın işğaldan azad edilməsi Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Biz Qarabağın gec-tez azad olunacağına, soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacaqlarına inanırdıq. Çünki bilirdik ki, bizim sözü ilə əməli bir olan cəsarətli, əzmkar, qətiyyətli Liderimiz var. Bu gün artıq biz arzusu reallaşmış bir xalqıq. Buna görə Sizə minnətdarlığımızı bildiririk. Sizə Vətənə və xalqa xidmət kimi şərəfli işinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əbilova Günay

Azərbaycan Respublikası, Salyan rayonu, Kürqaraqaşlı kəndi.