17 oktyabr 2023, 11:24

Tahirə Şükürovadan, Bakı, Azərbaycan

Cənab Prezident, yenilməz Sərkərdəmiz!

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Dövlət başçısı kimi fəaliyyətinizin 20-ci ildönümü günü Sizin Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və digər ərazilərimizdə Dövlət Bayrağını ucaltmağınız xalqımıza bəxş etdiyiniz böyük xoşbəxtlikdir. Bu qürurlu anları bizə yaşatdığınız üçün çox sağ olun. Mənim qardaşım, Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürov Ağdərə ərazisində şəhid olub. Bu gün orada Bayrağımızın dalğalanması qardaşımla yanaşı, bütün şəhidlərimizin ruhunu şad edir.

Əziz Prezident, 2020-ci ildən bəri bizə yaşatdığınız sevincin min qat artığını Uca Allah Sizə, ailənizə nəsib etsin! Sizə minnətdarıq.

Hörmətlə,

Şükürova Tahirə

Azərbaycan Respublikası, Bakı şəhəri.