16 oktyabr 2023, 16:30
Səbuhi Hacıyevdən, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizi Prezident seçilməyinizin 20 illiyi münasibətilə təbrik edirəm. Ötən 20 ildə xalqımızın üzərinə qoyulmuş 200 illik problemi həll etdiyinizə, Xankəndi şəhərində bayrağımızı ucaltdığınıza, möhtəşəm çıxışınıza görə minnətdarlıq bildirirəm.
2003-cü ildən YAP-ın üzvü olaraq hər zaman Sizin daxili və xarici siyasətinizə güvənmişik.
İnşallah Zəngəzur mahalı, Göyçə diyarımız da öz övladlarına qovuşacaq.
Allah Sizi qorusun!
Hörmətlə,
Hacıyev Səbuhi Rasim oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.