16 oktyabr 2023, 16:01

Məhəmməd Ağayev və Vəfa Əbilovadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizin işıqlı gələcəyi uğrunda göstərdiyiniz fədakarlığa görə öz minnətdarlığımızı bildiririk.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi Sizi dəstəklədi, bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı.

Siz 20 il ərzində Vətənə misilsiz xidmətlər göstərdiniz və xalqımızın bütün arzularını həyata keçirdiniz.

Siz bizim fəxrimizsiniz, cənab Prezident!

Hörmətlə,

Ağayev Məhəmməd,

Əbilova Vəfa.

Azərbaycan Respublikası, Salyan rayonu.