Yenişar Qaraxanovdan, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizi kəndimizin bütün sakinləri adından Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, fəaliyyətinizi dəstəkləyir, gələcək işlərinizdə uğurlar, uzun ömür, cansağlığı arzulayıram.
Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan bu illərdə Sizin düzgün və uğurlu siyasətiniz nəticəsində ölkəmiz misilsiz inkişaf yolu keçib. Bu yol Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu yoldur ki, Siz onu inkişaf etdirərək Azərbaycanı bütün dünyaya günəş kimi işıqlandırdınız.
Ötən 20 ildə ölkəmizin qarşısında duran strateji hədəflərə nail olundu, müstəsna əhəmiyyət kəsb edən hadisələr baş verdi, ən əsası, Azərbaycanın işğal altında olan torpaqları azad edildi, ölkəmizin müstəqilliyi bərpa olundu.
Cənab Prezident, Sizin sayənizdə hər bir azərbaycanlı xoşbəxt günlər yaşayır, var olun!
Hörmətlə,
Qaraxanov Yenişar, şəhid atası.
Azərbaycan Respublikası, Salyan rayon, Xələc kəndi.