16 oktyabr 2023, 14:43

Muxtar Əmrahovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizin bundan sonra da çiçəklənməsi naminə işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.

Sizin rəhbərliyinizlə respublikamız gündən-günə inkişaf edir, şəhərlərimiz, qəsəbə və kəndlərimiz gözəlləşir.

Əhalinin sosial problemlərinin həlli, xalqımızın rifah halının yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər görülür. Sizin siyasətinizin mərkəzində insan amili dayanır. İnsanların yaxşı yaşaması və ölkəmizin gündən-günə çiçəklənməsi naminə gördüyünüz misilsiz işlərin əhəmiyyəti ölçüyəgəlməzdir.

Son illər Salyan rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri hamının diqqətini cəlb edir. Şəhərimiz günbəgün abadlaşır, gözəlləşir. Bu, Sizin rayonumuza olan diqqət və qayğınızdan irəli gəlir. Sizin rayonumuza hər gəlişiniz salyanlı gənclərin həyatında mühüm hadisəyə çevrilir.

Biz gənclər Sizin hər bir səfərinizi diqqətlə izləyir və gördüyünüz işlərdən qürur duyuruq. Sizi əmin edirik ki, rayonumuzun gəncləri onlara bəxş etdiyiniz imkanlardan səmərəli istifadə edərək öz böyük nailiyyətləri ilə bütün xalqımızı sevindirəcəklər. Gənclərimiz adından bildirirəm ki, sabaha baxışımız, gələcəyə inamımız Sizinlə bağlıdır.

Hörmətli cənab Prezident, Sizi bir daha Prezident seçilməyinizin 20 illiyi münasibətilə təbrik edir, möhkəm cansağlığı, ailə səadəti və firavanlıq, Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Əmrahov Muxtar

Azərbaycan Respublikası, Salyan rayonu.