16 oktyabr 2023, 11:40
Rəşad Tağıyevdən, Salyan, Azərbaycan
Azərbaycan xalqının sevimli Prezidenti, hörmətli cənab Ali Baş Komandan!
Öncə, Sizi bütün Salyan gəncləri adından Qarabağda tarixi ədaləti bərpa etdiyiniz üçün bütün qəlbimizlə təbrik edirik.
Həmçinin Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Son 20 ildə Azərbaycanın dövlətçilik tarixində silinməz iz buraxan şanlı Sərkərdə kimi Sizi alqışlayırıq.
Yaşasın cənab Prezident!
Yaşasın Azərbaycan!
Hörmətlə,
Tağıyev Rəşad Şahin oğlu
Azərbaycan Respublikası, Salyan şəhəri.