16 oktyabr 2023, 11:05

Kəmalə Cəlilovadan, Rotterdam, Niderland

Cənab Prezident.

Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə Sizi Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyi adından səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirik.

Biz – dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı qadınlar hər zaman Sizin siyasətinizin dəstəkçisiyik.

Hörmətlə,

Cəlilova Kəmalə,

Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri.

Niderland Krallığı, Rotterdam şəhəri.