14 oktyabr 2023, 14:14

Arzu Hüseynovadan, Bakı, Azərbaycan

Salam cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi böyük Qələbə və Prezident seçilməyinizin 20 illiyi münasibətilə təbrik edirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram.

Allah Sizin kölgənizi başımızın üstündən əskik etməsin. Siz ən yüksək adlara layiqsiniz. Ən əsası, Sizin ömürlük Prezident seçilməyinizi istərdim.

Sizə qarşı vaxtilə çıxan qüvvələr indi səhvlərini etiraf edir, peşmançılıq hissi duyurlar. Əminik ki, Siz xalqımızı yeni qələbələrlə hələ çox sevindirəcəksiniz.

Hörmətlə,

Hüseynova Arzu

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.