Ramiz Şərifovdan, Salyan, Azərbaycan
Çox hörmətli Prezident.
Sizin Ali Baş Komandanlığınız altında Müzəffər Ordumuz antiterror tədbirlərində tarixi qələbə qazandı. Erməni separatçıları və qanunsuz silahlı birləşmələri zəif olduqlarını bir daha anlayaraq ağ bayraq qaldırdı və təslim oldu. İndi üçrəngli Bayrağımız Xocavənddə, Xocalıda, Ağdərədə, Xankəndidə dalğalanır.
Təbii ki, antiterror tədbirlərində qələbə Sizin uzaqgörən siyasətiniz nəticəsində qazanıldı. Çünki Siz Ulu Öndər Heydər Əliyevin məktəbini keçmisiniz. Ona görə də xalqımız bu qələbəyə əmin idi.
Möhtərəm cənab Prezident, Siz Azərbaycanımızın əvəzolunmaz rəhbərisiniz. Xalqımız hər zaman Sizinlə fəxr edir, qürur hissi duyur. Allah Sizi başımızın üzərindən əskik etməsin.
Yaşasın cənab Prezident!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Şərifov Ramiz Şərif oğlu.
Azərbaycan Respublikası, Salyan rayonu, Kür Qaraqaşlı kəndi.