29 sentyabr 2023, 13:00
Ceyhun İslamovdan, Füzuli, Azərbaycan
Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız!
Mən sadə vətəndaşam. Sizə olan minnətdarlıq duyğularımı tam ifadə edə biləcək sözlər tapmaqda çətinlik çəkirəm.
Xəyal kimi baxdığımız arzularımızı Siz çin etdiniz. Bütün dünyaya əsl həqiqətləri dolğun çatdırıb, erməni uydurmalarını və cəfəngiyatını tarixin zibilliklərində yox olmağa məhkum etdiniz.
Siz tarixi uğurlarımızın memarısınız. Millətimizi başı dik, dövlətimizi şanlı və qalıb elədiniz. Sayənizdə ürəkdən gülüb, sevinə bildik. Bütün varlığımla Sizə minnətdaram.
Allah Sizi qorusun.
Həmişə var olasınız.
Hörmətlə,
İslamov Ceyhun Əziz oğlu
Azərbaycan Respublikası, Füzuli rayonu, Qaraxanbəyli kəndi.