25 sentyabr 2023, 12:41

Elnarə Əsədovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Böyük qələbə münasibətilə Sizi Bakı şəhəri, Nərimanov rayonu, 183 saylı uşaq bağçasının kollektivi adından səmimi-qəlbdən təbrik edirəm.

Bu böyük Qələbə Sizin yorulmaz əməyinizin, illər boyu böyük ustalıqla formalaşdırdığınız xarici siyasətin və diplomatiyanın nəticəsidir. Siz əvəzsiz fəaliyyətiniz, böyük qətiyyətinizlə yalnız müqəddəs torpaqları düşmən tapdağından qurtarmadınız, haqsızlıqların, ikili standartların hökm sürdüyü dünyada həqiqəti, ədaləti bərpa etdiniz.

Xalqımız Sizinlə qürur duyur!

Hörmətlə,

Əsədova Elnarə.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.