25 sentyabr 2023, 13:59
Yusif Əliyevdən, Ağdam, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Qarabağ bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı nümayiş etdirdiyiniz qətiyyət, qəbul etdiyiniz uzaqgörən qərarlar, ən nəhayət, qazanılan möhtəşəm Zəfər Qarabağ münaqişəsini birdəfəlik olaraq Azərbaycan xalqının xeyrinə həll etdi.
Cənab Prezident,
Siz seperatizmin kökünü qısa müddətdə - 23 saat 43 dəqiqəyə kəsən Müzəffər Lidersiniz. Həm də milli, etnik, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ləyaqətli Prezidentisiniz.
Biz Sizinlə fəxr edirik, cənab Prezident!
Uca Allah Sizi qorusun!
Dərin hörmətlə,
Əliyev Yusif, Seyid Lazım Ağa Ocağının axundu
Azərbaycan Respublikası, Ağdam rayonu Çəmənli kəndi.