Şahmar Hüseynovdan, Bakı, Azərbaycan
Cənab Ali Baş Komandan!
Sizə öz ailəm və İkinci Qarabağ müharibəsində şəhid olmuş kapitan Həmid Cəfərlinin ailəsi adından dərin minnətdarlığımı bildirirəm ki, “dəmir yumruğ”un gücünü düşmənə bir daha göstərərək möhtəşəm qələbəni təmin etdiniz. 44 günlük Vətən müharibəsindən sonra Siz qətiyyətli addımlarınızla, müdrik qərarlarınızla xalqımıza növbəti dəfə qürur və sevinc hissi yaşatdınız.
Hörmətli Prezident, biz həm də Sizinlə ona görə fəxr edirik ki, son 200 il ərzində itirilmiş torpaqlarımız məhz Sizin prezidentliyiniz dövründə azad edildi. Bu, çox mühüm tarixi hadisədir. Siz bununla həm də Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Allah Ulu Öndərimizə və şəhidlərimizə rəhmət eləsin!
Hörmətlə,
Hüseynov Şahmar
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.