19 sentyabr 2023, 14:36

Habil Abıyevdən, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən şair təbiətli bir insan olaraq, Ulu Öndər Heydər Əliyevin və Sizin gördüyünüz misilsiz işlərdən hər zaman ruhlanmışam, ilham alaraq qələmə sarılmışam. Sizə həsr etdiyim kiçik şeiri ali diqqətinizə təqdim etməkdən şərəf hissi duyuram.

İlahi, İlham Əliyevi sən özün qoru!

Ulu Öndərimin can yadigarı,

Sənə kömək olsun Ulu Yaradan,

Xalqa lazımsan Ali Baş Komandan!

Mən də səninləyəm bil ki, hər zaman,

Habil “dəmir yumruğu” çıxarmaz yaddan.

Dərin hörmət və ehtiramla,

Abıyev Habil (Cəlilabadlı).

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Əliqasımlı kəndi.