19 sentyabr 2023, 15:46

Günel Məmmədovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Şəhid ailələrinə, müharibə əlillərinə və digər bu kateqoriyadan olan vətəndaşlarımıza göstərdiyiniz diqqət və qayğı danılmazdır.

Cənab Prezident, mənim üç övladım var. Bir övladım serebral iflic xəstəliyindən əziyyət çəkir. Hər zaman bizə dəstək olur, çətinə, dara düşəndə kömək əlinizi uzadırsınız. Üzləşdiyimiz problemlərlə əlaqədar Sizə ünvanladığımız müraciətlər hər zaman nəticə verib, bizə lazımi kömək göstərilib. Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.

Bu gün bölgələrimizdə aparılan abadlıq-quruculuq işləri Gəncə şəhərində də hiss olunur. Şəhərdə salınan yeni yollar, parklar Gəncənin gözəlliyinə əlavə gözəllik qatır.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Məmmədova Günel,

Azərbaycan Respublikası, Gəncə şəhəri, Avtozavod qəsəbəsi.