16 sentyabr 2023, 16:44

Şəhid ailəsinin üzvündən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizə nə qədər təşəkkür etsək, yenə də azdır. Siz ölkəmizə Şuşanı, Ağdamı, Cəbrayılı, Füzulini, Qubadlını, Laçını, Zəngilanı, Kəlbəcəri qaytardınız. Bu millət Sizə daim minnətdar olacaq.

Vətən müharibəsi bizə birlik olmağı, əsl Vətən sevgisini, xalqımızın qorxmaz olduğunu, Prezidentimizə güvənməyimizin vacibliyini öyrətdi.

Əziz Prezidentimiz, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə mən bir daha xalqımız, millətimiz adından Sizə və Mehriban xanıma təşəkkür edirəm.

Hörmətlə,

Həsənova Məhsəti, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Gəncə şəhəri.