15 sentyabr 2023, 18:00

Paşa Əkbərovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında imzaladığınız Sərəncama görə Sizə kənd sakinləri adından təşəkkür edirəm.

Cənab Prezident, ölkəmizin inkişafı bölgələrimizin timsalında görünür. Bütün bunlar Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Çox sağ olun! Biz çox xoşbəxtik ki, Sizin kimi Liderimiz var.

Ulu Tanrı Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Əkbərov Paşa,

Azərbaycan Respublikası, Astara rayonu, Kakalos kəndi.