09 iyun 2023, 13:38

Əli Zayidovdan, Göyçay, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin yürütdüyünüz siyasəti mən daim dəstəkləyirəm. Bu siyasət praqmatikdir, ölçülüb-biçilmişdir. Elə ona görə də onun nəticəsində ölkəmizdə tərəqqi və saysız-hesabsız qələbələr vardır.

Bu gün Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf müşahidə olunur, öz simasını gündən-günə dəyişən şəhər və rayonlarımız, kənd və qəsəbələrimiz göz oxşayır, insanlara firavanlıq bəxş edir.

Ailəm adından Sizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm.

Uca Tanrı daim Sizi qorusun, cənab Prezident.

Hörmətlə,

Zayidov Əli

Azərbaycan Respublikası, Göyçay şəhəri.