08 iyun 2023, 16:38

İlham Əliyevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Biz - ehtiyatda olan hərbçilər istər hərbi, istərsə də siyasi və iqtisadi sahələrdə görülən işləri təqdir edir, həmişə Sizi dəstəkləyir və qürurlanırıq. Çünki biz bir xalq olaraq bu gün dünya xalqları içərisində qaliblərdən olmuşuq. Bu əzəməti Sizin komandanlığınızla biz yaratdıq.

Cənab Prezident, qoy, Tanrı bu millətin dəstəyini Sizdən əsirgəməsin.

Yaşasın “dəmir yumruq”lu İlham Əliyev!

Hörmətlə,

Əliyev İlham Sabir oğlu, Qarabağ müharibəsi veteranı .

Azərbaycan Respublikası, Ağdam rayonu, Üçoğlan kəndi.