09 iyun 2023, 19:08

Ramil Həsənovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizinlə fəxr edirəm. Ona görə ki, Sizin uzaqgörən siyasətiniz öz bəhrəsini daim verir. Torpaqlarımızın yağı düşməndən azad olunması buna ən gözəl nümunə kimi göstərilə bilər.

Zəfər çaldığımız 44 günlük Vətən müharibəsi dövründə hər bir əsgərimiz Sizin çıxışlarınızdan ruhlanaraq cəngavər kimi döyüşürdü. Mən bir Vətən müharibəsi iştirakçısı kimi bunun canlı şahidiyəm. Qazilərimizin və şəhid ailələrinin sosial problemlərinin həlli üçün lazımi işlər gördüyünüz üçün çox sağ olun.

Allah Sizə uzun ömür, daim cansağlığı versin. Eşq olsun Sizə!

Hörmətlə,

Həsənov Ramil Akif oğlu, Vətən müharibəsi əlili.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.