09 iyun 2023, 15:33

Xanlar Əliyevdən, Ağcabədi, Azərbaycan

Salam, möhtərəm Prezident.

Mən sadə bir fermerəm. Bununla belə, ölkəmizdə və türk dünyasında baş verən siyasi və iqtisadi hadisələr, problemlər məni həmişə maraqlandırır və düşündürür.

Türkiyədə Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsini türk dünyasının qələbəsi kimi qiymətləndirirəm. Siz və Rəcəb Tayyib Ərdoğan türk birliyinin möhkəmləndirilməsi, müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm işlər görürsünüz.

Türk dünyasının tərəqqisi naminə Sizə uğurlar arzulayıram.

Allah Sizi qorusun!

Hörmətlə,

Əliyev Xanlar, fermer.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.