08 iyun 2023, 16:00

Asim Mollazadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Məni 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etməyiniz münasibətilə Sizə səmimi-qəlbdən təşəkkür edirəm.

Bu təltifi ictimai-siyasi fəaliyyətimə verilən böyük dəyər və qiymət kimi qəbul edirəm.

Bundan sonra da Vətənimizə, xalqımıza və dövlətimizə öz xidmətlərimi əsirgəməyəcəyimə, ölkədə aparılan demokratik islahatlara dəstəyimi daim ifadə edəcəyimə əmin olmağınızı istəyirəm.

Sizə Azərbaycan ərazilərini işğaldan azad edərək bizi qalib millətə çevirdiyinizə görə bir daha dərin minnətdarlığımı bildirir, cansağlığı, uzun ömür və həyata keçirdiyiniz şərəfli missiyanızda sonsuz uğurlar arzulayıram!

Hörmətlə,

Asim Mollazadə,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Demokratik İslahatlar Partiyasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.