08 iyun 2023, 13:53

Məhəmməd Əlizadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən həmişə Sizə dəstək olmuşam və olmağa da davam edəcəyəm. Biz xalq olaraq, Sizi çox sevirik.

Siz ölkəmizə rəhbərliyiniz dövründə ordumuzun gücləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, xalqımızın birliyinin və həmrəylinin yüksəldilməsi üçün məqsədyönlü işlər görərək, uğurlu xarici siyasət yürüdərək Vətən torpaqlarının azadlığına nail oldunuz. Bu işlərin dəyəri misilsizdir. Azərbaycan bu gün etibarlı tərəfdaşın, regional və beynəlxalq təşəbbüslərin, sülhün və tərəqqinin rəmzinə çevrilmişdir. Bütün bunlar, eyni zamanda, beynəlxalq aləmdə xalqımız və millətimiz haqqında müsbət fikirlər formalaşdırır, başımızı uca edir.

Allah Sizi qorusun, cənab Prezident. Amin!

Hörmətlə,

Əlizadə Məhəmməd, özəl sektorun işçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.