08 iyun 2023, 12:25

Emin Quliyevdən, Gəncə, Azərbaycan

Salam cənab Prezident.

Şəhid ailələrinə, eləcə də şəhid övladlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Bizi bir çox imtiyazlarla təmin etmişiniz, dəstək göstərirsiniz.

Biz şəhid övladları Sizinlə fəxr edirik. Sizin Ali Baş Komandanlığınızla şanlı Ordumuz Vətən müharibəsində Zəfər çalaraq torpaqlarımızı işğaldan azad etməklə şəhidlərimizin qanını yerdə qoymadı, ruhlarını şad etdi, onların ailə üzvlərinin ürəyinə sanki su səpdi.

Hörmətli cənab Prezident, Sizin məqsədyönlü siyasətiniz və böyük işləriniz hesabına Azərbaycan gündən-günə inkişaf edir, yüksəlir. Xalqımızın rifahı, xoş güzəranı naminə gördüyünüz bütün işləri bəyənir, dəstəkləyir və Sizə təşəkkürümüzü bildiririk.

Hər zaman Sizin yanınızdayıq. Allah Sizi və ailənizi daim qorusun. Amin!

Hörmətlə,

Quliyev Emin Şükür oğlu, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Gəncə şəhəri.