07 iyun 2023, 19:44

Fariz Babaxanovdan, Quba, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən törətdiyim əmələ görə həbs olunmuşdum və 13 saylı cəzaçəkmə müəssisəsində cəzamı çəkirdim.

Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi ilə əlaqədar Sizin 2023-cü il 8 may tarixli əfv Sərəncamınız nəticəsində mənim cəzamın qalan hissəsi bağışlanmışdır. Buna görə Sizə təşəkkürümü bildirirəm. Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı arzu edirəm.

Allah Sizi qorusun.

Hörmətlə,

Babaxanov Fariz Bəhruz oğlu

Azərbaycan Respublikası, Quba rayonu, Hacıqayıb kəndi.