07 iyun 2023, 18:00

Xalid Cəfərovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkəmizin inkişafı üçün atdığınız addımlar hamımızı qürurlandırır. Vətənimizin hər tərəfində çiçəklənən, gözəlləşən şəhər, rayon və kəndləri gördükcə qəlbimiz sevinclə dolur.

Şirvan şəhərində də yenidənqurma işləri öz axarında davam edir. Şəhərimiz günü-gündən gözəlləşir. Bütün bunlar üçün Sizə şəxsən öz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Cəfərov Xalid, özəl sektorun işçisi.

Azərbaycan Respublikası, Şirvan şəhəri.