07 iyun 2023, 15:20

Səfiyar Möhsümovdan, Ağdam, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Ağdam rayonunda aparılan abadlıq-quruculuq işləri hamımızın ürəyincədir. Torpaqlarımızın düşmən işğalından azad edilməsinə və hazırda bu ərazilərdə görülən quruculuq işlərinə görə, Sizinlə fəxr edirik. Sizin məqsədyönlü siyasətiniz və böyük işləriniz hesabına Azərbaycan gündən-günə inkişaf edir, yüksəlir. Siz biz şəhid ailələrinə də çox böyük qayğı göstərir, diqqət yetirirsiniz. Biz bütün bunlardan çox razıyıq.

Hazırda yaşadığımız Birinci Baharlı qəsəbəsində daxili avtomobil yollarında təmir-bərpa işləri həyata keçirilir. Keyfiyyətli yol insanların rahatlığı deməkdir və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı üçün əsasdır.

Hörmətli cənab Prezident, xalqımızın rifahı, xoş güzəranı naminə gördüyünüz bütün işləri bəyənir, dəstəkləyir və Sizə təşəkkürümüzü bildiririk. Gələcək işlərinizdə də Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Möhsümov Səfiyar, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Ağdam rayonu, Birinci Baharlı qəsəbəsi.