30 may 2023, 13:13
Milli Qəhrəmanın həyat yoldaşından, Laçın, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan!
Mənim həyat yoldaşım İsrafil Şahverdiyev Birinci Qarabağ müharibəsində şəhid olub. O, Azərbaycanın Milli Qəhrəmanıdır.
Moskva səfəriniz zamanı Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın baş nazirinə dünyanın gözü qarşısında bir daha haqqı olan layiqli cavabı verdiniz. Bu, Azərbaycan xalqına növbəti dəfə hədiyyə etdiyiniz böyük qələbələrinizdəndir.
Siz bizim qürur mənbəyimiz, fəxrimiz, sevdiyimiz Müzəffər Ali Baş Komandanımızsınız. Daim dualarımızdasınız.
Sevgi və hörmətlə,
Həsənova Hökumə Qulu qızı, Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin həyat yoldaşı.
Azərbaycan Respublikası, Laçın şəhəri.