26 may 2023, 14:15

Natavan Həsənovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Əməyimə yüksək qiymət verərək məni Prezident mükafatına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan mədəniyyəti və incəsənəti Sizin və Mehriban xanım Əliyevanın sayəsində inkişaf edir, qapılarını beynəlxalq aləmə açaraq özünü təqdim edir. Mədəniyyət və incəsənət sahələrində çalışan insanlara münbit şərait yaradılması, sənətlərinə dəyər verilməsi onlarda ruh yüksəkliyinə səbəb olur. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2023-ci il 6 may tarixli Sərəncamınızda adımı gördükdə sözlə ifadə edilməyəcək hisslər keçirdim.

Ulu Tanrı hər zaman Sizi sevindirsin, cənab Prezident.

Hörmətlə,

Həsənova Natavan,

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestrinin musiqiçisi, Prezident mükafatçısı.

Azərbaycan Respublikası, Bakı şəhəri.