26 may 2023, 18:45

Nəsimi Ələkbərovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Biz – Azərbaycan vətəndaşları çox xoşbəxt insanlarıq ki, Sizin kimi dünya səviyyəli Liderimiz var.

Mən bir müəllim kimi dərs dediyim şagirdlərə həmişə Ulu Öndər Heydər Əliyev və Sizin haqqınızda geniş, əhatəli tövsiyələr vermişəm. Sizdən nümunə götürüləsi çox şeylər var.

Hörmətli cənab Prezident, biz bir xalq olaraq bu gün ölkəmizdə Sizə alternativ görmürük. Nə qədər ki, Siz varsınız Azərbaycan daha da inkişaf edəcək, xalqımız daha xoş güzərana sahib olacaq.

Hər zaman var olasınız!

Hörmətlə,

Ələkbərov Nəsimi

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.