24 may 2023, 18:37

Reyhan Həsənovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Gəncə şəhər sakini olaraq Sizi salamlayır, yürütdüyünüz uğurlu siyasətinizi dəstəklədiyimi bildirirəm.

Respublikamızın bütün bölgələrində olduğu kimi, bizim qədim Gəncə şəhərində də quruculuq işləri geniş vüsət alıb. Yeni binalar tikilir, parklar salınır, iş yerləri açılır.

Vətən müharibəsi dövründə ermənilər tərəfindən atılan raketlər nəticəsində Gəncə şəhərinə xeyli ziyan dəydi. Şəhərimizə dəymiş ziyan Sizin tapşırıqlarınız əsasında qısa zamanda aradan qaldırıldı və zərərçəkmiş insanlara yeni mənzillər təqdim olundu.

Gəncəyə və gəncəlilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.

Allah Sizi qorusun, cənab Prezident!

Hörmətlə,

Həsənova Reyhan Surxay qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.