25 may 2023, 16:08

Dilbər Abbasovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Bizim ailənin 4 üzvü var, Gəncə şəhərində məskunlaşmışıq. Aztəminatlı ailəyik, dövlətimizin qayğısı ilə əhatə olunmuşuq. Ölkəmizin ümumi sosial-iqtisadi inkişafı gələcəyə daha nikbin baxmağımıza əsaslar verir. Biz görürük ki, ildən-ilə həm şəhər və rayonların ümumi mənzərəsi yaxşılaşır, həm də əhalinin rifahı, vətəndaşlara göstərilən xidmət səviyyəsi yüksəlir.

Bu günlərdə övladımın müayinə və müalicəsi ilə əlaqədar kömək göstərilməsi məqsədilə müraciət etmişdim. Müraciətimə diqqətlə və həssaslıqla yanaşıldı, övladımın müalicəsi üçün aidiyyəti üzrə göndərildik, ailəmə lazımi kömək göstərildi. Bütün bunlardan razı qaldıq.

Cənab Prezident, aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Abbasova Dilbər, aztəminatlı ailənin üzvü.

Azərbaycan Respublikası, Gəncə şəhəri.